Səlim Müslümov: “Məşğulluq xidmətinin işçilərinin sayı artırılıb”

Səlim Müslümov: “Məşğulluq xidmətinin işçilərinin sayı artırılıb”

"Dövlət Sosial Təminat Xidməti ləğv ediləndən sonra eyni funksiyanı yerinə yetirən şöbələrin əməkdaşları işdən azad olunub". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, Dövlət Sosial Təminat şöbəsi və yerli bölmələri də ləğv olunaraq Dövlət Sosial Müdafiə Fonduna birləşdirildikdən sonra işçilərin əvvəlki sayda qalması mümkün deyildi: "Əvvəl bir şöbə, bir mərkəz vardı, hər ikisində eyni funksiyaları yerinə yetirən şöbələr vardı. Birləşdiriləndən sonra işdən çıxan əməkdaşlar məşğulluq mərkəzlərində artırılmış ştatlarla işə qəbul olunurlar. Onlarla müqavilələr bağlanılır. Bu proses nəticəsində faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Xidmətində çalışan işçilərin bir nəfəri də kənarda qalmayıb. Hamısı Məşğulluq mərkəzlərində yaradılmış 500-ə yaxın əlavə ştatlarda yerləşdirilir".

S. Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan Dövlət Məşğulluq Xidmətinin işçilərinin sayının artırıldığını qeyd edib: "Əgər əvvəllər ölkədə bu işlə məşğul olan 400 nəfər var idisə, hazırda bu işlə 900 nəfər məşğul olur. Biz hər 11 min əhaliyə bir nəfər məşğulluq xidmətinin işçisi olmaqla yerli məşğulluq xidmətinin kadr heyətini formalaşdırmışıq. Hazırda formalaşma prosesi yekunlaşmaq üzrədir".

Bütün xəbərlər Facebook səhifəmizdə