Gənclər arasında böyük marağa səbəb olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi "Mən cəmiyyət arasında" adlı layihənin son təlimi və bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihə zamanı iştirakçılar bir çox praktiki tapşırıqlarla yanaşı etiket qaydalarını da öyrəniblər. Eyni zamanda təlimlərdə süfrə mədəniyyəti, iki insan arasında mədəni söhbətlərin təşkili, yüksək zövqlü olmağı, insan olaraq hər bir fərdə xüsusi hörmətin qoyulması və qiymət verilməsi kimi məsələlər qabardılaraq müzakirə olunub.
İştirakçıların aktiv müzakirələri şəraitində keçən təlimlərdə belə bir nəticəyə gəlinib ki, hər bir fərdin fərqli yanaşması olmaqla yanaşı hər kəs cəmiyyət arasında, dövlət və xalq tərəfindən tərtib olunmuş qanunlara riayət etməyə borcludur və hər hansı bir qanun pozuntularının qarşısının alınmasında, o cümlədən xoşagəlməz halların aradan qaldırılmasında heç kəs biganə qalmamalıdır.
Sonda isə iştirakçılara diplom, sertifikat və hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB