Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin qalibi olmuş "Diplomat susaraq danışır" adlı layihənin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimində layihə rəhbəri Nigar Səfərova çıxış edərək son illərdə Bakıda dünyanın diqqətini çəkən bir çox beynəlxalq tədbirlərin keçirildiyini və bu səbəbdən gənclərin diplomatiyada etiket və digər vacib qaydalar haqqında maarifləndirilməsinin olduqca vacib olduğunu bildirib.
Daha sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatik siyasətindən behs edib.
Eyni zamanda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Əli Pənahov çıxış edərək layihə iştirakçılarına uğurlar arzu edib və gənclərə iştirak etdiyi beynəlxalq tədbirlərdən danışıb.
Layihənin icrası zamanı təlimlər nəzərdə tutulub. Təlimləri uğurla başa vuran gənclər sertifikatlarla təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB