Azərbaycanın Almaniyadakı Səfirliyində Referenduma hazırlıq işləri başa çatıb
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi ilə bağlı cari ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində səsvermə keçiriləcək.
Azərbaycan Respublikasının AFR-dəki Səfirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi üçün Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində Seçki məntəqəsi yaradılıb. Məntəqədə vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılmış və zəruri hazırlıq işləri görülüb.
Almaniyada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün Səfirlik tərəfindən poçt vasitəsilə bildirişlər göndərilmiş, vətəndaşlarımıza e-mail və telefonla ətraflı izahlar verilib. Ölkədə yaşayan vətəndaşlarımızın səsvermədə aktiv iştirakı üçünAlmaniyanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızda bu işlərə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB