Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 28-də Gədəbəy Mədəniyyət Mərkəzində Gədəbəy, Gəncə, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB