Daha iki yaşayış məntəqəsinə qaz verildi

Daha iki yaşayış məntəqəsinə qaz verildi

Neftçilər günü ərəfəsində Qəbələ və Lənkəran rayonlarının daha iki yaşayış məntəqəsinə təbii qaz verilib.SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qəbələ rayonunda keçirilən tədbirdə bildirilib ki, 1525 abonenti olan Nic qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 196471 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Lənkəran rayonunun 349 abonenti olan Ləj kəndinə yenidən təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə vurğulanıb ki, qazlaşdırma işləri zamanı 17870 metrlik müxtəlif diametrli polietilen və metal borulardan istisfadə olunub, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə