Seçki məntəqələrinin yanğın təhlükəsizliyi diqqət mərkəzindədir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilmiş referendum ərəfəsində respublika ərazisindəki seçki məntəqələrinin yanğın təhlükəsizliyini diqqət mərkəzində saxlayır.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məntəqələrdə yanğın-texniki müayinələr aparılır, yanğın təhlükəsizliyi sahəsində nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür. Məntəqələrə Xidmət tərəfindən hazırlanmış yanğın təhlükəsizliyinə dair yaddaş vərəqələri paylanır, ilkin odsöndürən vasitələrdən istifadə qaydaları əyanı şəkildə izah olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB