İsveçrəli jurnalist “Yaşıl çay” təsərrüfatında olub FOTOLAR

İsveçrəli jurnalist “Yaşıl çay” təsərrüfatında olub FOTOLAR

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi, Azərbaycanın İsveçrədəki diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə İsveçrəli jurnalist xanım Brijit Schmid Guglerin Azərbaycana səfəri baş tutub. Sentyabrın 18-də səfər çərçivəsində xanım jurnalist Azərbaycanın cənub mirvarisi Lənkəranı da ziyarət edib.

Qonaq ilk olaraq şəhərin tarixi abidələrinə, muzeylərinə baş çəkib. Jurnalistə Lənkəran şəhərinin özünəməxsus xüsusiyyətləri, qədim tarixi və mədəni həyatı, mətbəxi haqqında ətraflı məlumat verilib. Səfər çərçivəsində xanım jurnalistin rayonun İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl çay" fermer təsərrrüfatına da səfəri təşkil olunub. Təsərrüfatın çay plantasiyasında olan qonağa müəssisənin direktoru Araz Yağubov Azərbaycan çayının yenidən bərpa edilməsi istiqamətində görülən işlər, burada istehsal edilən ekoloji təmiz çayın səciyyəvi xüsusiyyətləri və gələcək planları barədə ətraflı məlumat verib.

Xanım jurnalistə burada istehsal edilən çaydan nümunə və "Yaşıl çay" jurnalı təqdim edilib. Öz növbəsində jurnalist xanım Brijit Schmid Guglerin ona göstərilən diqqətə görə təşşəkürünü bildirib.

Daha sonra çay plantasiyalarının fonunda xatirə şəkli çəkdirilib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə