Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "Onlayn media resurslarında şəxsi həyat sirrinin qorunması mövzusunda tədbirlərin təşkili" layihəsi çərçivəsində növbəti tədbir baş tutub. SİA-nın xəbərinə görə, Masallı rayonunda keçirilən tədbirdə ilk öncə layihənin məqsəd və məramından söhbət açılıb. Qeyd olunub ki, layihənin mahiyyəti Onlayn xəbər istehsalçılarında "şəxsi həyat sirrinin qorunması" prinsipləri barədə təsəvvür formalaşdırmaqdan, tədbirlərin keçirildiyi bölgələrdə "şəxsi həyat sirri" prinsiplərinin qorunması vərdişləri yaratmaqdan, mövzu barədə beynəlxalq təcrübənin öyrənilib Azərbaycanda tətbiq edilməsinə yardım göstərməkdən ibarətdir.
Çıxışlarda o da diqqətə çatdırılıb ki, ölkəmizdə hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hüquqi dövlətdə, vətəndaş cəmiyyətində fərdi azadlıqlara nə qədər böyük önəm verilirsə, şəxsi toxunulmazlığa, fərdi məlumatların qorunmasına bir o qədər dəyər verilir. Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Tədbirdə layihənin əhəmiyyətinə toxunulub. Vurğulanıb ki, bu tip layihələrin icrası nəticəsində paytaxt və regionlarda fəaliyyət göstərən jurnalistlər, internet, sosial şəbəkə fəalları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ümumilikdə ölkə əhalisi onlayn mediada "Şəxsi həyat sirri" hüquqlarının qorunması mexanizmləri sahəsində əhəmiyyətli bilgilər alır və bu bilgiləri həm öz fəaliyyətlərində, həm də çalışdıqları qurumlarda tətbiq edirlər.
Sonda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB