Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Region TV rəhbərliyi Region TV brendinin dəyişildirilməsi ilə bağlı mətbuat konfransı keçirib.SIA-nın xəbərinə görə, mətbuat kobfransında telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov məlumat verib ki, Region TV bundan sonra ARB TV kimi fəaliyyət göstərəcək. Onun sözlərinə görə bu yenilənmə təkcə Region TV-yə aid deyil, tərəfdaş telekanallara da aiddir: "Həmin telekanallar da adlarını bizə uyğunlaşdıracaqlar. Ölkənin ilk televiziyası TTV bundan sonra "ARB 24" TV, Günəş televiziyası da ARB Günəş TV, Gəncədə fəaliyyət göstərən Alternativ TV "ARB Alternativ" TV kimi fəaliyyətini davam etdirəcək. Reginal tərəfdaşlarımız da brendlərini bizə uyğunlaşdırdılar, Kəpəz TV "ARB Kəpəz" TV, Kanal S "ARB Şəki" TV, LTV "ARB Aran" TV, CTV "ARB Cənub" adı ilə yayımlanacaq". İ.Həsənov qeyd edib ki, hər bir kanalın adı onun fəaliyyət göstərdiyi məkanın adına uyğunlaşdırılıb: "Bu, Cənubi Qafqazın ən böyük tərəfdaşlıq layihəsidir. Bu tərəfdaşlıqda 9 kanal, bir radio təmsil olunur. Bura 5 regional, 3 tematik peyk yayımı olan TV və arbTV daxildir. Media trendləri yenilənir, buna görə də biz bu addımı atdıq. Artıq, yeni efir konsepsiyasından çıxış edirik". O bildirib ki, kanalların tezliklərdə heç bir dəyişiklik olmayacaq: "Biz daha çox keyfiyyətə üstünlük veririk. Efirimiz rəngarəng və çeşidlidir". İ.Həsənov bütün tərəfdaş kanalların eyni mikrofondan istifadə edəcəyini vurğulayıb. Mətbuat konfransının sonunda ARB yeni brendi ilə efirə yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB