Ruslar Arktikada nefti hasil etməyin yeni üsulunu tapıblar

Ruslar Arktikada nefti hasil etməyin yeni üsulunu tapıblar

Rusiya Elmlər Akademiyasının Neft- Qaz Geologiyası və Geofizika İnstitutu Sibir bölməsinin əməkdaşları Arktikada neftin harada olduğunu müəyyənləşdirmək üçün elektromaqnit üsulunu icad ediblər. Bu barədə Svopi.ru saytı yazır. Xəbərdə deyilir ki, alimlərin fikrincə, buzlaqlara şaquli istiqamətdə cərəyan buraxmaqla neftin dəqiq yerini öyrənəcəklər.

Mütəxəssislər qeyd edirlər ki, standart tədqiqat metodları Arktikada kəskin hava şəraitində işləməyə imkan vermir. Belə ki, quru ərazilərin olmaması və qalın buzlaqlar ekspertləri yeni texnologiyalar hazırlamağı sövq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə