ARGTMŞ-ın nümayəndə heyəti Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən Qara Dəniz Gənclər Şəbəkəsi çərçivəsində əməkdaşlıq mövzusunda baş tutan beynəlxalq tədbirdə iştirak ediblər. SİA-nın məlumatına görə, tədbirdə ARGTMŞ-ın sədr müavinləri İlyas İsmayıllı və Aysun Zeynalova, ARGTMŞ-ın üzvü olan "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Tural Cəfərov və "Avropa Tələbələr Forumu-Bakı" İctimai Birliyinin idarə heyətin üzvü Orxan Babayev ilə yanaşı Türkiyə, Bolqarıstan, Gürcüstan, Rusiya, Ukrayna, Moldova, Rumıniya və Ermənistan ölkələrinin nümayəndələri iştirak edib.
Tədbirin məqsədi Qara Dəniz regionunun Milli Gənclər Şuraları arasında dialoq və qarşılıqlı etimadın artırılması və həmçinin regionda strateji əməkdaşlığın gücləndirilməsi və gələcək perspektivlərin müzakirəsi olub.
Tədbirin açılış mərasimində iştirakçı ölkələrin gənclər siyasəti ilə bağlı təqdimat baş tutub. Təqdimat zamanı ölkəmizi təmsil edən nümayəndə heyəti Azərbaycanın gənclər siyasəti ilə bağlı ətraflı məlumat verilib, ölkəmizdə gənclər sahəsində olan təcrübələrdən danışılıb. Daha sonra ölkəmizdə keçirilən irimiqyaslı tədbirlərdən bəhs edilib. Tədbirdən sonra Azərbaycan nümayəndə heyətinin də iştirakı ilə Qara Dəniz Gənclər Şəbəkəsi çərçivəsində yeni layihələr üzərində işləyərək əməkdaşlığın gələcək perspektivləri haqqında müzakirə aparıb.
Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, "Böyük İpək Yolu" beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB