Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun sentyabrın 23-də Saatlı rayonunda Saatlı, Neftçala, Sabirabad, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü sentyabr ayının 22-nə keçirilib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Saatlı rayon Kənd Təsərrüfatı İdarəsinə (050-332-29-98) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB