“ASAN xidmət”in fəaliyyəti ilə bağlı YENİLİK

“ASAN xidmət”in fəaliyyəti ilə bağlı YENİLİK

"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı www.asan.gov.az və www.vxsida.gov.az rəsmi internet səhifələrində Statistik portal istifadəyə verilib. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindəN SİA-ya verilən xəbərə görə, portal Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bütün fəaliyyət istiqamətləri üzrə statistik məlumatları özündə əks etdirən İntellektual Monitorinq Sisteminin bazasında formalaşdırılıb.

Xüsusi olaraq ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulan portal kütləvi informasiya vasitələrinin, elmi araşdırmaçıların, beynəlxalq təşkilatların, ümumilikdə ictimaiyyətin ehtiyacları nəzərə alınmaqla hazırlanıb.

Qeyd edək ki, məlumatları hər gün yenilənən Statistik portal dövlət idarəetməsi sahəsində qabaqcıl təcrübədir. Beynəlxalq təşkilatların və xarici ölkələrin müvafiq qurumlarının istifadəsi məqsədilə yaxın günlərdə portalın ingilis dili versiyası da istifadəyə veriləcək.

Portala keçid: http://vxsida.gov.az/statistics/

Bütün xəbərlər Facebook səhifəmizdə