Azərbaycan Prezidenti Əminə Yusif qızının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Əminə Yusif qızı "Şöhrət" ordeni ilə təltif edilsin.
Qeyd: Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964-1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.
M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu bitirib (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olub. Rolları: Qulu ("Anacan", Y.Əzimzadə), Səbirə ("Son məktub", R.İsmayılov), Humay ("Komsomol poeması", İ.Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q.Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB