Kərimlinin ağzı ayın 11-də bala batıb, bəs 17-i nəyə batacaq? TƏHLİL
Referendum Əli Kərimliyə növbəti dəfə özünü "real müxalifət" kimi göstərmək imkanı da versə də, o bunu dəfə də gözlənildiyi kimi, həmin imkanını itirdi. Sirr deyil ki, hələ 2013-cü ilin prezident seçkilərindsən əvvəl və sonra parçalanmış "Milli Şura"nın bundan sonra hər hansı siyasi uğur əldə edə biləcəyi ilə bağlı fərziyyələr özünü doğrultmadı. AXCP faktiki olaraq bu qurumu özünün yedəyi kimi istifadə etməyə başladı. Xüsusilə, Əli Kərimli Cəmil Həsənlini cilovlayaraq, onu istədiyi oyunlarda oynatmağa başladı. İndi isə bütün bunların nəticələri göz önündədir. Fakt budur ki, Kərimli uduza-uduza gedir və buna rəğmən, siyasi həyasızlığıını nümayiş etirərək, hansısa "uğurlarını" ictimai rəyə sırımağa çalışır.
Əli Kərimlinin yaxın zamanlarda təxribata çəkərək həbs etdirəcəyi fəallar olacaq
Ona görə də 11 sentyabr mitinqini Kərimlinin imitasiyası kimi də qiymətləndirmək olar. Digər yandan bu mitinq və mitinqə çağırış edənlər "Yurd" sədrinə əlavə maddi gəlirlərin qazandırılması deməkdir. O da bəllidir ki, Əli Kərimli ətrafında və rəhbərlik etdiyi qruplardan baş verən həbslərə görə, səfirlik və xarici dövlətlərin buradakı korpuslarından "siyasi məhbus ailələrinə dəstək" məqsədilə pullar alır. Aldığı pulların böyük bir hissəsini mənimsəyir, kiçik bir məbləği də məhbus ailələrinə və AXCP-yə, "Milli Şura"ya aidiyyatı olmayan, lakin pul müqabilində mitinqə qatılanlara verir ki, bununla həmin mənbələrə hesabat verə bilsin. Ancaq indidən bu cür qənaətə də gəlmək olar - Əli Kərimlinin yaxın zamanlarda təxribata çəkərək həbs etdirəcəyi fəallar olacaq. Bu dəfə olmasa da, keçirmək istədiyi 17 sentyabr mitinqində mütləq olacaq. Çünki hər həbs olunan adam Ə.Kərimli üçün qazanc mənbəyidir.
Məhz referendum məsələsi ortaya çıxdıqdan sonra Əli Kərimlinin necə deyərlər, çiçəyi çıtrladı
Elə bu yerdə, hətta deyə bilərik ki, sonuncu dəfə 2015-ci ilin may ayında "Məhsul" stadionunda piket keçirən "Milli Şura" - "Yurd" birliyi uzun müddət idi ki, ortalıqda görünmürdü. Pul qazanmaq şansları itmişdi. Məhz referendum məsələsi ortaya çıxdıqdan sonra Əli Kərimlinin necə deyərlər, çiçəyi çıtrladı və o 26 sentyabr referendumu qərarından şəxsi mənfəəti naminə qazanc əldə etdi. ABŞ, Fransa, Böyük Brtitaniya kimi səfirliklərin qapı dalındaca məbləğlərini alıb, qaçdı mitinqlər keçirməyə...
Keçirməyinə keçirdi, amma buna mitinq deyil, piket demək daha doğru olardı. Görünür, indi Kərilminin ağzı 11 sentyabr mitinqindən sonra bala batıb. Amma 17 sentyabr mitinqində nəyə batacağını zaman göstərəcək...
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB