Müsavatla AXCP arasında dərin rəqabət var

Mais Səfərli: “Müxalifət mənasız mitinqlər keçirməklə xaricdə olan bəzi qüvvələrə də bir mesaj verirlər ki, biz müxalifətik və sizin tapşırıqlarınızı yerinə yetirməyə hazırıq”
Müsavatla AXCP arasında dərin rəqabət var

Bu gün müxalifət düşəgəsin də iddialı partiyalar arasında mövqe savaşı gedir. Xüsusi ilə də, Müsavatla AXCP arasında mübarizə daha amansız və gərgindir. Bu iki partiya mitinqlər xatirinə mitinq keçirməklə rəqabətdə bir-birindən geri qalmadığını göstərməyə çalışırlar. Hər iki partiyanın bir-birinin ardınca mitinqlər planlaşdırmaları da rəqiblikdən doğan bir mübarizənin nəticəsidir. Baxmayaraq ki, hər iki partiya rəsmiləri nzərdə tutduqları aksiyalara içtimai marağın sıfır həddində olduğunu başa düşürlər. Sadəcə bir-birinə olan düşmənçilik, rəqiblik münasibətləri aksiya keçirmək fürsətindən imtina etməyə imkan verməyir.

"Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, aksiyalar keçirməyə cəhd etməklə istər Müsavat, istərsədə AXCP özlərini düşərgə daxilində ən radikal mövqedə olan və əsl müxalifət adına iddialı partiya olduqlarını nümayiş etdirməyə çalışırlar: "Lakin bu digər müxalifət partiyaları tərəfindən lağla qarşılanır. Ə. Kərimli iddia edir ki, "müsavatçılar mitinq keçirtmək istəmirlər sadəcə olaraq aksiya ilə gündəmdə qalmağa çalışırlar. Bu da onların zəifliyindən yəni, "Milli Şura"ya rəqabət aparmaq gücündə olmadıqından irəli gəlir". Ona görə də, Müsavatla AXCP arasında dərin rəqabət var. Bu rəqabət hakimiyyətə gəlməkdən ötrü deyil, sadəcə olaraq onlar arasında olan bu rəqabət hansının əsl müxalifət, "ana" müxalifət və hansı partiyanın liderinin güclü olması uğurundadır. Bir sözlə, müxalifət cəbhəsindəki, savaş liderlik uğurunda gedən bir savaşdır".

"Parçalanmış bir durumda olan müxalifətin kütləvi aksiya keçirməsi nə dərəcədə inandırıcıdır" sualını cavablandıran M.Səfərli qeyd etdi ki, Müsavatın mitinq yox, yürüş mitinqi keçirmək haqqında qərar verməklə özlərinin zəifliklərini etiraf etmiş oldular: "Çünki Müsavatdaxili ziddiyyətlər mövcuddur. Yəni daxilən partiya parçalanmış bir vəziyyətdədir. Burada nəyin ki, AXCP-Müsavat bir-birini ittiham edir. Hətta Müsavatın öz içindəki qruplar da bir-birlərini ittiham edirlər. Ona görə də, Müsavatın kütləvi aksiya keçirməsi inandırıcı deyil".

"Sizcə, müxalifət bu cür aksiyalar keçirməklə düşdükləri böhranlı vəziyyətdən çıxa bilərlərmi və yaxudda hər hansı bir xarici maraqlı qüvvələrin diqqətlərini özlərinə cəlb edə bilərlərmi" sualını cavablandıran partiya sədri qeyd etdi ki, müxalifəti təmsil edən şəxslər bu cür aksiyaları keçirməklə heç də düşdükləri böhranlı vəziyyətdən çıxa bilməyəcəklər: "Müxalifət təmsilçilərinin hazırda istəyi özlərinə sosial baza kimi yığmaqdır. Ancaq bu heç vaxt alınmayıb və alınanda deyil. Xalq birmənalı şəkildə bunlara heç bir dəstək vermir. Amma müxalifət təmsilçiləri bu reallığı görmək istəmirlər. Yenədə yersiz hərəkətlərə əl atırlar. Digər tərəfdən də müxalifət mənasız mitinqlər keçirməklə xaricdə olan bəzi qüvvələrə də bir mesaj verirlər ki, biz müxalifətik və sizin tapşırıqlarınızı yerinə yetirməyə hazırıq".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə