Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "Onlayn media resurslarında şəxsi həyat sirrinin qorunması mövzusunda tədbirlərin təşkili" layihəsi çərçivəsində növbəti tədbir Xaçmaz rayonunda baş tutub. SİA-nın xəbərinə görə, rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən hüquqşünas İlham Əliyev bildirib ki, "Şəxsi həyat sirri"nin qorunması modern dünyada təməl insan hüquqlarının ən önəmli prinsiplərindən biri olaraq qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi bütövlükdə "Şəxsi həyat sirrinin qorunması"na həsr edilib. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də fərdi məlumatların və onun tərkib hissəsi olan "şəxsi həyat sirri"nə aid informasiyaların qorunmasına, ona hörmətlə yanaşılmasına təminat verir. Konstitusiyanın bu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri, başqalarının "şəxsi həyat sirri" prinsipini pozmağa görə, cinayət hüququnu ehtiva edir.
Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədov, şöbə müdiri Südabə Məhərrəmova bildiriblər ki. layihə yerli əhali qrupları, vətəndaş cəmiyyəti institutları və media təmsilçiləri, sosial şəbəkə fəalları, ümumilikdə internet xəbər istehsalçıları arasında "Şəxsi həyat sirri" hüquqlarına dair təsəvvür və vərdişlərinin formalaşmasına, onların xəbər istehsalı zamanı bu prinsipləri nəzərə almalarına yardım edir.
Sonda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB