ARGTMŞ Mərakeş Krallığında təmsil olunub FOTOLAR

ARGTMŞ Mərakeş Krallığında təmsil olunub FOTOLAR

1-11 sentyabr 2016-cı il tarixlərində ARGTMŞ-ın Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Nigar İbrahimova ARGTMŞ Azərbaycan-Mərakeş gənclər mübadiləsi proqramı çərçivəsində nümayəndə heyəti tərkibində Mərakeş Krallığına səfəri baş tutub. SİA-nın məlumatına görə, Nigar İbrahimova səfər çərçivəsində Mərakeş Krallığın Kasablanka, Rabat, Merakes, Essouria, Ağadir şəhərlərində olub.

Səfər Azərbaycan və Mərakeş Krallığı gənclər şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.

Səfər çərçivəsində gənclər Mərakeş Krallığının dövlət rəsmiləri, Gənclər və İdman Nazirliyi ilə keçirilən görüşlərdə iştirak edib, eləcə də iki ölkə arasında gənclər siyasətini və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Səfər müddətində, həmçinin Mərakeş Kralllığının mədəniyyət, tarix abidələrinə ziyarət edilib. Daha sonra ölkənin müxtəlif şəhərlərində gənclər ilə görüşlər keçirilib, onlar mədəniyyət gecələrində iştirak ediblər. Nümayəndə heyətimiz, səfər zamanı, ölkəmizdə olan gənclər siyasəti, təhsil sistemi və xüsusilə Dağlıq Qarabağ məsələsi haqqında Mərakeş Krallığın gənclərinə məlumat veriblər.

Məlumat üçün qeyd edək ki, ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, "Böyük İpək Yolu" beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə