Konstitusiyaya dəyişikliklər zamanın tələbidir

Konstitusiyaya dəyişikliklər zamanın tələbidir

"Bələdiyyə" referendum üzrə təşviqat qrupunun Göygöl rayon şöbəsi Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədar, təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. SİA-nın verdiyi məlumata görə, millət vəkilləri, partiya fəallarının, bələdiyyənin səlahiyyətli nümayəndələri, rayon ictimaiyyətinin, gənclərin iştirak etdiyi bu günkü tədbir Göygöl rayon Aşıqlı kənd Bələdiyyəsinin ərazisində yerləşən Aşıqlı kənd klubunda keçirilib.

Təbliğat-təşviqat vasitələri ilə bəzədilən kənd klubunda əsl bayram əhval-ruhiyyəsi diqqət çəkib. Görüşə 150 nəfərdən çox seçici gəlib. Tədbiri Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatınin sədri Turani Əliyev açaraq Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişiklikləri şərtləndirən amilərdən danışıb.

Qeyd etdi ki, bu dəyşikliklər son illərdə ölkəmizdə aparılan siyası və iqtisadi islahatların davamı olmaqla dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçən islahatların dərinləşməsinə və səmərəliliyinin artmasına yönəlib.

Sonra Millət vəkili Rövşən Rzayev çıxış edərək, Azərbaycan Respublikasının Ali Qanununa edilən əlavə və dəyişikliklərin əsas mahiyyəti haqqında məlumat verib.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və Göygöl şəhər Bələdiyyəsinin sədri çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin Konstitutusiyada müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar 26 sentyabrda referendum keçirilməsi təşəbbüsü yüksək hədəflərə yönəlmiş və düşünülmüş müdrik addımdır. Əsas niyyət milli, dövlət maraqlarının qorunması, reallaşması üçün müasir, iqtisadi və siyasi mexanizmin təmin edilməsidir. Ümumiyyətlə, Konsttitutusiya dəyişiklikləri təklifi siyasi sistemin və idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır. Əminik ki, referendum günü gəncəlilərin bir daha ölkə başçısı cənab İlham Əliyevə inam və rəğbətinin nümayişi olacaq. Təşviqatçılardan Rəşad Veyisov, Nuranə Quliyeva, və başqaları çıxışlarında Konstitusiyanın 29 maddəsinə ediləcək əlavə və dəyişikliklərlə bağlı ətraflı izahatlar aparıblar, eyni zamanda əlavə olunan 6 maddədə insan hüquq və azadlıqlarının qorunmasına xidmət amilinin xüsisi diqqət çəkməsini dövlət siyasətində insan amilinə verilən dəyər kimi səciyyələndiriblər. Vurğulanıb ki, Azərbaycan vətəndaşlarına bütün azadlıqlar verilib. Onların hüquqları dövlət tərəfindən qorunur, yüksək rifah şəraitində yaşamaları üçün zəruri addımlar atılır, sosial müdafiənin prioritetliyi dövlətimizin başçısı cənab İlham Əliyevin bütün çıxışlarında öz əksini tapır.

Bütün xəbərlər Facebook səhifəmizdə