“Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” FOTOLAR

"Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu layihəni davam etdirir
“Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı–Astara istiqamətlərindəkı magistral və mərkəzi avtomobil yollarıda və ayrı-ayrı regionlarda - Şirvan, Mingəçevir, Lənkaran şəhərlərində və Xaçmaz rayonunın təhlükəli avtomobil yollarında, vətəndaşların təhlükəsizliyini müdafiyə edib yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı təbliğat-təşviqat kampaniyasını təşkil edərək, baş verən yol-nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəsdək vermək məqsədi ilə "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili" layihəsi, layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq silsilə tədbirləri davam etdirib. Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, layihə çərçivəsində 7, 8, 9 sentyabr 2016-cı il tarixlərində, Fondunun qərargahında avtomobil qəzası zamanı sağlamlıqlarını itirmiş vətəndaşların tibbi reabilitasiya və sosial problemlərinin həllinə hüquqi köməklik göstərmək məqsədi ilə 3 gün pulsuz hüquqi xidmət günləri təşkil olunub.

Layihənin direktoru, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirib ki, layihənin əsas məqsədi Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin birgə iştirakı ilə Azərbaycanın mərkəzi magistral avtomobil yollarında, yol dairələrdə və əhalinin sıx olduğu avtomobil gözləmə dayanacaqlarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə qarşı mübarizə apararaq baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verməkdir.

Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün rayon xəstəxanalarımız avtomobil yol qəzaları nəticəsində yaralanmış insanlarla dolaraq müharibə şəraitindəki, qospitallara bənzəyir. Bu gün bizim hər birimiz və aillə üzvlərimiz avtomobil qəzaların qurbanları ola bilər və bu təhlikə hələ davam edir. Nəqliyyat vasitəsinin sərxoş sürücü tərəfindən idarə olunması, yollarda bütün hərəkət iştirakçıları üçün ən böyük təhlükədir. Onlara qarşı yaxınları, ailə üzvləri də mübarizə aparmalıdır. Bu problem ictimayəti narahat edən ən aktual problemlərdən biridir. Sərxoş sürüçülərin törətdikləri avtomobil yol qəzaları millətin sağlam həyat tərzi üçün təhlükə törədir.

Azərbaycanda dövlət proqramı çərçivəsində, əlillərin və sağlamlıq imkanları məhdud olan vətəndaşların sağlamlığını bərpa edildiyi halda, hər il avtomobil yol qəzaları nəticəsində yüzlərlə vətəndaşımız sağlamlığını itirərək əlil olur. Bu insanların avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirdikdən sonra Respublika Tibbi-Sosial Ekspertiza və Sosial Müdafiə Mərkəzlərində əlillik dərəcəsinin almalarında problemlər yaranır. Bu insanlar yaranmış problemlərinin həll olunması üçün bilmirlər hara və necə müraciət etsinlər. Bir çox ailələrin isə maddi imkansızlığı ucbatından yol qəzasında sağlamlığını itirmiş ailə üzvünün vaxtında müalicə olunmaları problemə çevirilir.

Buna görə də, layihə çərçivəsində həmçinin, avtomobil qəzası zamanı sağlamlıqlarını itirmiş vətəndaşların qanuna müvafiq olaraq, Respublika Tibbi-Sosial Ekspertiza və Sosial Müdafiə Mərkəzləri ilə əməkdaşlıq edərək onlara 88 nömrəli tibbi forma sənədini, əlillik qrupunun almalarına və ehtiyacı olanlara müalicə və sosial bərpaetmə məsələlərinə hüquqi, psixoloji ABƏDF dəstəklə köməklik göstərməkdir. Layihənin icrası zamanı artıq 105 nəfər avtomobil qəzası zamanı sağlamlıqlarını itirmiş vətəndaş tibbi reabilitasiya, sosiyal məsəllərində və həmçinin avtomobil sosial sığorta idarələrində yaranmış problemlərlə əlaqədər layihəynin mütəxəsislərinə müraçiət ediblər. Layihəyə müraciət etmiş vətəndaşların əksəriyyəti avtomobil sosial sığorta idarələrində yaranmış problemlərlə əlaqədərdır. Həmin sürüçülər vaxtilə avtomobil sosial sığorta idarələrində bağlanmış müqavilələrin şərtlərinə əməl olunmamalarından şikayətlənirlər. Bəzi avtomobil sosial sığorta idarələri öz müştərilərinin avtomobil qəzası törətdiyi zamanı öz müştəriləriləri ilə bağlanmış müqavilə əsasında olan öhtəlikləri yerinə yetirmirlər. Nəticədə zərər çəkmiş sürüçülər öz əlavə vəsaitləri hesabına yenidən vəkil tutaraq onlara dəymiş ziyanı ödəmək üçün öz hüquqlarını müdafiyə etməyə çalışırlar.

Sərraf Orucov əlavə məlumat verərək bildirdi ki, layihədə nəzərdə tutulmuş və Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə hazırlamış tədbirlər planına uyğun olaraq, ümumtəhsil müəssələrində dərslərin başlaması ilə əlaqədar olaraq 15 sentyabr tarixinə 20 sentyabr tarixinədək Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində ali və orta məktəb tədris binalarının qarşısındakı avtomobil yollarında SÜRÜCÜLƏR İNTİZAMLI OLUN! təhlükəsizlik günləri keçirərək, vətəndaşlarımızın təhlükəsizliyini müdafiyə edib, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəstək verəcəyik.

Layihəyə cəlb olunmuş mütəxəsislərimizin və layihəyyə hüquqi məsələlərdə yaxından dəsdək verən hüquqşünas İlham Əhmədovun və "Hüquq Kostantik" MMC-nin hüquqşunasları Məcid Məmmədovun, Azər Səfərovun köməkliyi ilə, bizə müraciət etmiş vətəndaşlardan 65 nəfərinin müraçiəti tibbi-sosial ekspert komissiyalarında və əhalinin sosial müdafiəsi mərkəzlərində araşdırılaraq, onlara qanuna müvafiq olaraq hüquqi köməklik edilib. Bundan əlavə həyata keçirilən layihənin mayihətini anlamayan 34 nəfər sərxoş vəziyyətdə avtomabili idarə etmiş və avtomobili, Dövlət Yol Polisi müfətişləri tərəfindən əlindən alınaraq cərimə məntəqələrinə apaılmış vətəndaşlar layihəyə müraciət edərək bizdən onların probleməlirinin həllində köməklik etməyimizi istəyiblər. Layihənin əsas məqsədi, sərxoş vəziyyətdə avtomobili idarə etmiş vətəndaşların problemlərinin həllinə kömək etmək deyil, əksinə avtomobili sərxoş vəziyyətdə idarə edib, başqalarının həyatına təhlükə, özlərinə isə ələvə problem yaradmasının qarşısını alaraq mübarizə aparmaqdır.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin Məsləhətçisi Rövşən Həmidov həyata keçirilən layihə haqqında çıxış edərək bildirib ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevirilən avtomobil qəzalarıdır. "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili" layihəsində həllinə çalışmaq istədiyimiz problemlər Azərbaycan cəmiyyəti üçün ciddi və aktual problemlərdən biri hesab edilir. Layihə mövcud problemi tam həl etməsə də, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirilə bilər.

Ümüd edirik ki, Azərbaycanda ilk dəfə həyata keçirilən "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili" layihəsi sahəsində görüləcək təbliğat-təşviqat işləri avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə öz xeyirli tövhəsini verəcəkdir.

Əziz vətəndaşlar əgər baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar, üzləşdiyiniz tibbi-sosial problemlər varsa bizə müraciət edin. Qaynar xətt +994 055 210 9716.

Bütün xəbərlər Facebook səhifəmizdə