MDB ölkələrinin baş prokurorları Belarus paytaxtında iclas keçiriblər
Sentyabrın 7-də Belarus paytaxtında MDB iştirakçıları olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 26-cı iclası keçirilib. Bu barədə AZƏRTAC-a Minskdəki MDB qərargahının mətbuat xidmətindən məlumat verilib. İclasda terrorizm, korrupsiya, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlıq proqramları müzakirə olunub. İştirakçılar, həmçinin terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizədə Azərbaycan təcrübəsini müzakirə ediblər. Şura üzvləri Nürnberq Beynəlxalq Hərbi Tribunalının 70 illiyi ilə bağlı bəyanat məsələsini nəzərdən keçiriblər. Bir sıra sənədlər müzakirəsiz qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB