Sentyabrın 1-dən 2-nə keçən gecə şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranan selin Quba-İspik-Xınalıq yolunda yaratdığı fəsadlar aradan qaldırılır. Fəsadların aradan qaldırılması üçün "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. SİA-nın Şimal bürosundan verilən məlumata görə, əraziyə baxış zamanı məlum olub ki, yolun 29-cu və 36-cı kilometrliyində Qudyalçay üzərində yerləşən körpülər qəzalı vəziyyətə düşüb. Körpünün istinad divarları və dayaqları zədələnib. Ümumilikdə sel suları yolun 29-cu kilometrliyindən 57-ci kilometrliyinədək olan hissəsində ciddi fəsadlar törədib. Hazırda mütəxəssislərin iştirakı ilə 29-cu kilometrlikdəki körpüdə bərpa işləri aparılır. Havanın yağıntılı, çayda suyun səviyyəsinin hələ də yüksək olması iş prosesini çətinləşdirir. Bununla belə yolda avtomobillərin hərəkətinin tez bir zamanda bərpası üçün işlər sürətləndirilib. Gələn turistlər də geriyə qayıdıb.
Quba-Xınalıq yolunda selin fəsadlarının aradan qaldırılması üçün görülən işlər çərçivəsində bəzi yerlərdə yolun genişləndirilməsi üçün qayaların partladılması da həyata keçirilə bilər. Bununla əlaqədar "Azəravtoyol" ASC-nin mütəxəssisləri əraziyə baxış keçiriblər.
Hazırda Xınalıq istiqamətində gedən sürücülər alternativ olaraq Alpan-Susay-Xınalıq yolundan istifadə edirlər.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB