İran İslam Respublikasının (İİR) Bakıda növbəti Biznes forumu keçiriləcək. Biznes forum çərçivəsində qonşu ölkənin 50 şirkəti öz məhsullarını Azərbaycan vətəndaşlarına sərgi vasitəsilə təqdim edəcək. SİA xəbər verir ki, bu barədə İran İslam Respublikasının Bakıdakı səfirliyində "Pars-Beqa" beynəlxalq ticarət şirkətinin direktoru, Beynəlxalq Forumun təşkilatçısı Ağahəsən Mohtəci bildirib.
Onun sölərinə görə, sərginin keçirilməsi hər iki ölkənin səmərəli iqtisadi əməkdaşlığına yönəlib. Eyni zamanda, bu sərgidə müxtəlif adda məhsulların təqdimatı keçiriləcək.
Ağahəsən Mohtəci o cümlədən, Azərbaycanın media təmsilçilərini də sərgilərə dəvət edib və forumun işıqlandırılmasında fəal olmağa çağırıb.
Azərbaycan və İİR arasında iqtisadi-ticari dövriyyənin də sürətlə inkişaf etdiyini deyən Mohtəci bildirilib ki, artıq bu kimi tədbirlər ənənəvi xarakter alıb. Belə ki, bir müddət öncə Azərbaycanı təmsdil edən 100 şirkət İranın paytaxtı Tehranda və Təbrizdə Biznes Forum çərçivəsində sərgilər təşkil edib.
Sonda qeyd olunub ki, Bakıdakı tədbirlə bağlı artıq 3 mərhələdən ibarət reklam kampaniyasına da start verilib. Növbəti mərhələlərdə azərbaycanlı alimlər və mütəxəssislərin fikirləri də öyrəniləcək və Biznes Forumun növbəti tədbirlərində irəli sürülən ideyalar reallaşdırılacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB