117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Milli Məclisə üzv seçilmiş Aqiyə Naxçıvanlı Oğuz Rayon Mədəniyyət Mərkəzində keçirilən "2016-2017 tədris ili uçun tələbə adını qazanmış məzunlarla görüş"də iştirak edib. SİA-nın verdiyi məlumata görə, iclasda çıxış edən Millət vəkili son illərdə Oğuz təhsilində baş verən irəliləyişlərdən danışıb, tələbə adını qazanmış məzunları təbrik edib.
O, bu il ixtisas seçimində abituriyentlərin daha vacib sahələri seçdiyini xüsusilə vurğulayıb, dövlət sifarışli (ödənişsiz təhsil) yerlərin daha üstünlük təşkil etdiyini və yüksək bal toplayanların sayının keçən illə müqayisədə artmasının təqdirəlayiq hal olduğunu bildirib. Aqiyə Naxçıvanlı tələbə adını qazanmış abituriyentlərə tələbəlik həyatının çətinliklərindən danışıb, onlara öz tövsiyələrini, məsləhətlərini verib, savadlı kadr olmaq üçun əzmlə çalışmaq lazım olduğunu söyləyib.
Millət vəkili çıxışının sonunda 650-dən artıq bal toplamış 2 abituriyentin hər birinə noutbuk və "Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə" kitabını, 600-650 bal toplamış 13 abituriyentin hər birinə planşet və "Heydər Əliyev: Mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitablarını hədiyyə edib.
Tədbir başa çatdıqdan sonra Millət vəkili A.H. Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputatın qəbul otağına gələrək seçiciləri ilə görüş keçirib. Deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləyib, qaldırılan bəzi məsələləri yerində həll edib, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB