Ordu Departamenti qoşunların bu ölkədə dislokasiya olunacağını elan edib
ABŞ-ın yeni Əfqanıstan planı

ABŞ Ordu Departamenti (bəzən "ABŞ Ordu Nazirliyi" adlanan bu qurum ABŞ Müdafiə Nazirliyi sisteminə daxil olan üç departamentdən biridir. Kentukki ştatındakı Fort Kempbell bazasında yerləşən 101-ci hava-desant diviziyasının 3-cü briqada taktiki qrupundan olan 1400-ə yaxın hərbi qulluqçunun 2016-cı ilin payızında ABŞ-ın Əfqanıstanda keçirəcəyi hərbi əməliyyatın dəstəklənməsi üçün bu ölkədə dislokasiya olunacağını elan edib.

101-ci hava-desant diviziyasının böyük komandiri vəzifəsini icra edən general-mayor Skott Brauer mətbuat üçün bəyanatında qeyd edib ki, bu diviziyanın 3-cü briqada taktiki qrupunun hərbi qulluqçuları Əfqanıstanda ABŞ missiyasının olduğu bütün illər ərzində - 2002-ci ildə "Anakonda" əməliyyatı zamanı Əl-Qaidə və Taliban silahlılarının axtarışından başlamış 2014-2015-ci illərdə yardımçı məsləhət missiyasına qədər müstəsna cəsurluq və peşəkarlıq nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə