Türkiyə ordusuna məxsus iki tank vurulub

Türkiyə ordusuna məxsus iki tank vurulub

Suriyanın Vukuf bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus iki tank İŞID terrorçuları tərəfindən vurulub. Rəsmi məlumata görə, bu bölgədə terrorçularla döyüşlərdə 2 əsgər şəhid olub, 4-ü yaralanıb. Yaralı hərbçilər helikopterlə Türkiyəyə gətirilib.

Bildirilir ki, son əməliyyatlar sayəsində Koalisiya qüvvələrinin dəstəyi ilə Azad Suriya Ordusu bölgədəki Vukuf və Sadvi kəndlərini İŞID terrorçularından təmizləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə