Prezident İlham Əliyev 3 milyon manat ayırıb

Biləsuvar şəhərində çoxmənzilli binalar təmir ediləcək
Prezident İlham Əliyev 3 milyon manat ayırıb

Prezident İlham Əliyev sentyabrın 6-da "Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə