“Onlayn media resurslarında şəxsi həyat sirrinin qorunması” müzakirə edilib

“Onlayn media resurslarında şəxsi həyat sirrinin qorunması” müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "Onlayn media resurslarında şəxsi həyat sirrinin qorunması mövzusunda tədbirlərin təşkili" layihəsinin təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev çıxış edərək layihənin məqsəd və məramından söhbət açıb.

Bildirilib ki, layihənin mahiyyəti Onlayn xəbər istehsalçılarında "şəxsi həyat sirrinin qorunması" prinsipləri barədə təsəvvür formalaşdırmaqdan, bu auditoriyada "şəxsi həyat sirri" prinsiplərinin qorunması vərdişləri yaratmaqdan, mövzu barədə beynəlxalq təcrübənin öyrənilib Azərbaycanda tətbiq edilməsinə yardım göstərməkdən ibarətdir.

Həsən Qarayev eyni zamanda diqqətə çatdırıb ki, məqsəd paytaxt və regionlarda yaşayıb fəaliyyət göstərən onlayn xəbər istehsalçılarında "Şəxsi həyat sirri" hüquqları barədə təsəvvür formalaşdırmaq, bu auditoriyada "şəxsi həyat sirri" prinsiplərinin qorunması vərdişləri yaratmaqdır.

Layihə çərçivəsində paytaxt və regionlarda yaşayıb fəaliyyət göstərən onlayn xəbər istehsalçıları üçün seminar və konfranslar keçiriləcək, "Şəxsi həyat sirri" hüquqlarına dair hüquqi bilgiləri əks etdirən əyani vəsait hazırlanaraq onların istifadəsinə veriləcək.

Tədbirdə digər çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, layihənin icrası nəticəsində paytaxt və regionlarda fəaliyyət göstərən jurnalistlər, internet, "yeni media", sosial şəbəkə fəalları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ümumilikdə ölkə əhalisi onlayn mediada "Şəxsi həyat sirri" hüquqlarının qorunması mexanizmləri sahəsində əhəmiyyətli bilgilər alacaqlar və bu bilgiləri həm öz fəaliyyətlərində, həm də çalışdıqları qurumlarda tətbiq edəcəklər.

Tədbirdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə