Məmmədyarov AŞ Nazirlər Komitəsinin iclasında iştirak edəcək

Məmmədyarov AŞ Nazirlər Komitəsinin iclasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 7-də Strazburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü iclasında iştirak etmək üçün Fransaya işgüzar səfər edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarovun sözügedən tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə