Xəzər rayonunda "Yeni Azərbaycan" təşviqat qrupunun tədbiri keçirilib FOTOLAR - YENİLƏNİB
Xəzər rayonu
Bu gün "Yeni Azərbaycan" təşviqat qrupunun Xəzər rayon şöbəsi sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar tədbirlər planı çərçivəsində Türkan qəsəbəsinin seçiciləri ilə görüş keçirib. Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər layihəsi barədə görüş iştirakçılarına geniş məlumat verib. N.Əhmədov söyləyib ki, ölkəmizdə keçiriləcək referendum zamanın tələbi olmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə yönəlik mütərəqqi addımdır: "Bununla yanaşı, layihədə göstərilən hər bir dəyişiklik Azərbaycanın inkişafına, beynəlxalq aləmdə güclənməsinə, nüfuzunun daha da möhkəmləndirilməsinə xidmət edir. İldən-ilə ölkəmiz inkişaf edir, iqtisadiyyatı genişlənir, sosial layihələr həyata keçirir, regionun aparıcı ölkəsinə çevrilir. Məhz bu baxımdan da Konstitusiyada müəyyən dəyişikliyin edilməsinə ehtiyac duyulurdu. İnanıram ki, 1995-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycanın şah əsərində nəzərdə tutulan yeniliyə xalqımız mütəşəkkilliklə "hə" deyəcək".
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev əminliklə vurğulayıb ki, demokratik Azərbaycan cəmiyyətində bütün seçkilər tam şəffaf keçirilir: "Bu baxımdan inanıram ki, bütün seçkilərdə olduğu kimi, budəfəki referendumda da vətəndaşlarımız onlara yaradılan demokratik mühitdən istifadə edərək öz sözlərini deyəcəklər".
Deputat qeyd edib ki, Azərbaycan dünyanın bir parçası olduğu, beynəlxalq arenaya inteqrasiya etdiyi üçün Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklikləri labüd hesab etmək lazımdır. Həm də ona görə ki, ölkəmizin bütün sferalarında inkişaf gedir və bunu hər kəs hiss edir. Eləcə də ölkəmizin bütün rayonlarında aparılan quruculuq, abadlıq işləri də birmənalı olaraq əhalimizin rahatlığına hesablanıb. Bu inkişafı, quruculuğu Xəzər rayon sakinləri də görür, qiymətləndirir. Bir daha əminliklə deyirəm ki, bütün seçkilərdə olduğu kimi, referendumda da Xəzər rayon sakinləri öz aktivlikləri ilə seçiləcək, təklif edilən layihəyə öz səslərini verəcəklər".
Daha sonra Türkan bələdiyyəsinin sədri Firudin Məmmədov, Binə bələdiyyəsinin sədri Habil Həmidov çıxış edərək son illərdə Azərbaycanda həyata keçirilən sosial, iqtisadi islahatlardan bəhs ediblər. Diqqətə çatdırıblar ki, Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər bir daha ölkəmizdə insan hüquqlarının yüksək səviyyədə qorunduğundan xəbər verir: "Sentyabrın 26-da Xəzər rayon seçicilərinin hər biri ümumxalq səsverməsində iştirak edərək, təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verəcəklərinə inanırıq".
Sonda seçiciləri maraqlandıran suallar cavablandırılıb.






Laçın rayonu
"Məlum olduğu kimi, sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə dair ümumxalq səsverməsi – (referendum) ilə əlaqədar təşviqat kampaniyasına start verilib. Ölkə üçün əhəmiyyətli olan bütün siyasi proseslərdə olduğu kimi, bu prosesdə də Yeni Azərbaycan Partiyası (YAP) öz fəallığı ilə fərqlənir". Bunu YAP Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev deyib.
O bildirib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Laçın rayon şöbəsində laçınlı məcburi köçkünlərin yaşadıqları 58 rayon üzrə 102 məntəqə seçki komissiyasının yerləşdiyi ərazilərdə təbliğat materiallarının asılması üçün gənclərdən ibarət qrup yaradılıb: "Bu gün səhər saatlarından etibarən "Yeni Azərbaycan" təşviqat qrupunun Laçın rayon şöbəsində yaradılmış operativ qrup və YAP-ın gənc fəalları müvafiq dairə seçki komissiyalarının əhatə etdiyi bütün seçki məntəqələrinin ərazilərində yerləşdirilmiş lövhələrdə təbliğat plakatlarını asıblar. Əminəm ki, laçınlı seçicilər ölkəmizdə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi üçün Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəklər".
![]()
Saatlı rayonu
"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Saatlı rayonunda seçicilərlə görüşü keçirilib. Tədbirdə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, partiya fəalları, ziyalılar, gənclər, qadınlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev açaraq 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendum haqqında məlumat verib. Milli Məclisin deputatı Əhliman Əmiraslanov Konstitusiyada ediləcək dəyişiklər barədə geniş nitq söyləyib. Tədbirdə çıxış edən rayon ziyalısı Oktay Məmmədov tam əminliklə bildirib ki, Saatlı seçiciləri referenduma "hə" deyəcək.


Gəncə
"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun bu gün YAP Gəncə şəhər təşkilatında geniş yığıncağı keçirilib. Tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev, millət vəkili Pərvin Kərimzadə, ziyalılar, veteranlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri yüksək əhval-ruhiyyə, böyük mütəşəkkillik və coşqu ilə iştirak ediblər.
"Həmrəy olaq, hə deyək!" devizi ilə keçirilən tədbiri giriş sözü ilə təşviqat qrupunun Gəncə şəhər şöbəsinin sədri, millət vəkili Naqif Həmzəyev açaraq, iştirakçıları salamlayıb, çox mühüm, məsul kampaniyanın başlanması münasibəti ilə təbrikini bildirib.O, ulu öndər Heydər Əliyev siyasi kursunun sədaqətli davamcısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son 13 ildə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruçuluğu prosesində geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda qədim və müasir Gəncənin də yeni mərhələdəki intibahından, gündən-günə çiçəklənməsindən və gözəlləşməsindən bəhs edib.
Gəncəyə və gəncəlilərə daim rəğbətlə, diqqətlə, qayğı ilə yanaşan ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətini dəstəkləyən, bütün siyasi kampaniyalarda mütəşəkillik, coşqu və iradə nümayiş etdirən seçicilərin bu siyasi kampaniyada da fəallığına əmin olan Naqif Həmzəyev bütün seçiçiləri təbliğat kampaniyasında fəal iştirak etməyə səsləyib və uğurlar arzulayıb.
YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə çıxış edərək dedi:" Ətrafımızda sürətli inkişaf gedir, zaman dəyişir və biz də zamanla birlikdə dəyişirik. Dövlət və siyasi-ictimai, sosial münasibətlər də inkişaf etdikcə, bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır". O, Konstitusiyanın 68-ci maddəsində edilən dəyişikliklərə diqqət çəkərək bildirib ki, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
İrəli sürülən müddəalarda Prezident cənab İlham Əliyevin dəfələrlə dediyi kimi, "Dövlət məmuru – xalqın xidmətçisi olmalıdır" sözlərinin hüquqi müstəvidə reallaşmasını görürük. Dəyişiklik və əlavələr vətəndaşların dövlət məmurlarının özbaşınalıq, qanuna zidd davranışlarından qorunmasına əlavə təminat yaradır. Yeni müddəalar ölkədə aparılan siyasi və idarəçilik islahatlarının Konstitusiyada möhkəmləndirilməsi kimi qəbul edilməlidir.
Təşviqatçılardan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov,Gəncə Dövlət Universitetinin dosentləri Hüseyn Bəxtiyarov, Ceyhun Hüseynov, ADAU-nun müəllimi Sevda Abdullayeva və başqaları çıxışlarında vurğulayıblar ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib. Möhtərəm Prezident cənab İlham Əliyevin bütün təşəbbüslərinin xalq tərəfindən hər zaman dəstəkləndiyi kimi, bu dəfə də xalqımız ölkə başçısının ətrafında olacaq və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirəcək.

Horadiz şəhəri
Sentyabrın 5-də Horadiz qəsəbəsində referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova bildirdi ki, ana qanunumuza dəyişikliklərin müəyyən hissəsi insanların iqtisadi hüquqları ilə əlaqədardır. Azərbaycan azad iqtisadi münasibətlərin formalaşması və oturuşmuş sistemə çevrilməsi yolunda əhəmiyyətli məsafəni artıq qət edib. Eyni fikirləri siyasi azadlıqlar sahəsinə aid olan dəyişikliklərə də şamil etmək mümkündür. Məhz bu səbəblərdən də demək olar ki, bu dəyişikliklər və əlavələr Azərbaycan xalqının sosial- rifahının yüksəlməsi və dövlətimizin daha da qüdrətlənməsi üçün lazımdır.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Şahin İsmayılov Konstitusiyaya ediləcək dəyişikliklərin ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirdi. Onun fikrincə, dövr dəyişdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətə çevrilir: "Yeni dövr dəyişikliklər tələb edir. Ona görə də zərurətdən irəli gələrək bəzən Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsinə ehtiyac yaranır. Düşünürəm ki, ümumxalq səsverməsində vətəndaşlar bu dəyişikliyə "hə" deyəcəklər".
Tədbirdə çıxış edən seçicilər də Referenduma ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və onu dəstəklədiklərini bildirdilər.

BALAKƏN
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Balakən rayon qərargahında təbliğat kampaniyasının başlanması ilə əlaqədar əhali ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Balakən rayon şöbəsinin sədri Azad Balayev açaraq bildirib ki, 1995-ci ilin noyabr ayında qəbul edilmiş
konstitusiyamızda 3-cü dəfə dəyişiklik edilir: "2002-ci ilin avqust ayında 22 maddəyə 31 dəyişiklik, 2009-cu ilin martında keçirilən referendumda 29 maddəyə 41 dəyişiklik edilmişdir. Dəyişikliklər hazırlanan zaman qabaqçıl ölkələrin təcrübəsi nəzərdən keçirilmiş, Azərbaycanın özünəməxsus inkişaf yolunu davam etdirmək üçün yeni əlavələr və dəyişikliklər edilmişdir".
Tədbirdə rayon təhsil işçiləri adından çıxış edən Cavanşir Alqayev referendum aktından qəbul olunması üçün keçirilən təşviqat kampaniyaların seçicilər arasında izahından, hər bir seçici ailəsinə yerli təbliğatçılar vasitəsilə layihənin izah edilməsindən söhbət açıb.
Səhiyyə işçiləri adından çıxış edən həkim Rəisət Tinayeva insanların sağlamlığına yönəlmiş bərabərlik hüququ haqqında 25-ci maddənin yeni əlavəsinin geniş izahını verib.
Qarabağ Əliləri Cəmiyyətinin sədri Sarvan Şibliyev ölkə Prezidentinin həyata keçirdiyi bütün layihələrin xalqımızın və dövlətçiliyimizin mənafeyinə uyğun olduğunu və Qarabağ əlillərinin 26 sentyabrda keçiriləcək səsvermədə "Həmrəy olaq, HƏ deyək!" devizinə dəstək olacağını bildirib.
"Yeni Azərbaycan" Təşviqat Qrupunda gənclər arasında istiqamətləndirici iş aparan Rəvan Əliyev çıxış edərək, təbliğat kampaniyası dövründə gənclərlə keçiriləcək tədbirlərdən və referendum günü ərəfəsində əhalinin seçki məntəqələrinə dəvət edilməsində gənclərin rolundan danışıb.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Nəsib Məhəməliyev çıxış edərək, Referendum Aktının ayrı-ayrı maddələrinin qəbul olunması zərurətindən, yeni maddələrin ölkənin idarəçiliyində vacibliyindən söhbət açıb. Referenduma təklif olunan ayrı-ayrı maddələrin tədbir iştirakçılarına geniş izahını verib və seçiciləri referendum günü Azərbaycannın uğurlu inkişafına səs verməyə çağırıb.
QƏBƏLƏ
Bu gün Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat Qrupunun seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq bildirib ki, konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı Referendum Aktı layihəsini imzalaması Cənab Prezidentimizin ölkə vətəndaşına verdiyi yüksək qiymətin təzahürüdür: "Bu dəyişikliklər ölkəmizə yeni inkişaf tendensiyası gətirəcəkdir. Sizləri 26 sentyabrda keçiriləcək səsvermədə daha fəal olmağa və Azərbaycanımızın uğurlu gələcək tərəqqisinə səs verməyə çağırıram".
Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisinin üzvü, Respublika Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov çıxış edərək, konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışıb. Bildirib ki, təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edəcək. Səlahiyyətli nümayəndə, həmçinin, insan hüquq və azadlıqlarının daha effektiv təminatının bərqərar olacağını vurğulayıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Əmir Əliyev, "Qəbələ" qəzetinin əməkdaşı Qüdrət Səmədov, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində direktor müavini Reyhan Məmmədova, Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova və başqalırı referenduma ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini bildiriblər.
.jpg)
.jpg)
.jpg)

.jpg)
ZAQATALA
Zaqatala rayon Dağlı kəndində Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun seçicilərlə görüşü keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habir Qurbanov referndum ilə əlaqədar nəzərdə tutulmuş dəyişikliklərlə bağlı geniş məlumat verərək, bildirib ki, nəzərədə tutulmuş hər bir maddə zərurətdən yaranır. Bu maddələr insan hüquq və azadlıqlarının qorunmasına, sahibkarlıq fəaliyyətinin inkişafına, Azərbaycan dövlətinin inkişaf etməsinə, idarəçilik mexanizminin daha da təkmilləşməsinə və s. xidmət edir.
Görüşdə YAP Zaqatala rayon təşkilatı qadınlar şurasının sədri Vəfa Süleymanova, rayon təşkilatının aparat rəhbəri Ramin Həsənov, Zaqatala şəhər bələdiyyəsinin sədri Nurəli Əhmədov və başqaları çıxış edərək konstitusiyaya əlavə və dəyikşikliklərin edilməsi və ölkəmizilə bağlı çıxış ediblər. Bildiriblər ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir: "YAP isə bu inkişafın önündə gedir, xalqa sədaqətlə xidmət edir. İnanırıq ki, partiyamızın namizədləri də dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və hər bir Dağlı kənd seçicisi 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək, bu dəyişikliklərin hər bir maddəsinə "HƏ!" deyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB