Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, bununla əlaqədar 06 sentyabr 2016-cı il tarixində gün ərzində Abşeron rayonunun Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin Bakının Sabunçu rayonunun Ramana, və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq.
Müvəqqəti narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB