Bilik Fondu İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə tədbir keçirib

Bilik Fondu İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə Bakı SOS Uşaq Kəndləri Assosiasiyasının 1 saylı Gənclər Evində tədbir keçirib. Fonddan SİA-ya verilən məlumata görə, mərkəzin həkim metodisti Nərgiz Kərimova Gənclər Evinin yeniyetmə qızları ilə "Sağlam həyat tərzi" mövzusunda söhbət aparıb. Tütünçəkmə, spirtli içkilərə meyl, təsadüfi cinsi əlaqələrin yeniyetmə qızların gələcəyi üçün yarada biləcəyi fəsadlar barədə informasiya verilib. Həkim-metodistdən müfəssəl məlumatlar alan gənc qızlar onları maraqlandıran problemlərə də cavab ala biliblər.

Görüşün sonunda müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, məsləhətçisi Şəlalə İsmayılova iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə