Bir qrup Qeyri Hökümət Təşkilatı, media qrumları Strategiya.Az saytının redaktoru, Geo Strategiya jurnalının redaktor müavini, İsmayıl Qasımovu təltif ediblər. SİA-ya bu barədə Müvakkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.
Səməd Vəkilov bildirib ki, İsmayıl Qasımov Vətəndaş Cəmiyyəti Təsisatlarına verdiyi informasiya dəstəyinə görə, QHT az sayıtının rəhbəri Cəsarət Hüseynzadə, Azad Həmfikirlər təşkilatının sədri Samirə Mustafayeva Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev və Müvəkkil Hüquq Mərkəzi tərəfindən təltif edilib.
Xatırladaq ki, peşəcə politoloq olan İsmayıl Qasımov uzun illərdir ki, mətbuat sahəsində çalışır. Ötən il prezident Sərəncamı ilə, tərəqqi medalla təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB