"SMM 2016 Business Breakfast" layihəsinin açılış mərasimi oldu FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN School" könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi, "ASAN Könüllüləri" Təşkilatı və Yüksək Texnologiyalar Parkının təşkilati dəstəyi ilə "SMM 2016 Business Breakfast" layihəsinin açılış mərasimi baş tutub. "ASAN Könüllüləri" Təşkilatından SİA-ya verilən məlumata görə, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, "ASAN School" təcrübə məktəbinin rəhbəri Changir Hacıyev, "ASAN Könüllüləri" təşkilatının rəhbəri Bəxtiyar İslsmov, layihə rəhbəri Ləman Əhmədova çıxış edərək layihənin önəmindən danışıblar.
Qonaqlar çıxış edərək bildiriblər ki, sosial media artıq insanlar üçün vaxt keçirmək, oyun oynamaq , əylənmək üçün yox, daha operativ informasiya əldə etmək, iş münasibətləri qurmaq, faydalı ünsiyyət qurmaq üçün önəmlidir.
Qeyd olunub ki, SMM 2016 layihəsi, gənclərə sosial şəbəkələrin daha səmərəli istifadə olunması baxımından faydalı olacaq.
Qeyd edək ki, layihə çərçivəsində iştirakçılara peşəkar mütəxəssislər tərəfindən təmənnasız şəkildə PR, Marketinq, Branding, Rəqəmsal Marketinq və s. kimi təlimlər keçiləcək.
Sözügedən təlim proqramı bitdikdən sonra iştirakçılar şirkət rəhbərləri ilə işgüzar nahar edəcəklər. Naharın keçirilmə səbəbi müsahibə və müzakirənin keçirilməsi üçün rahat atmosfer yaratmaq və gənclərin özlərini ifadə etmək üçün imkan yaratmaqdır.
İşgüzar nahar zamanı şirkət rəhbərləri hər komandaya problem qoyacaq və həlli üçün bir saat vaxt verəcək.
Ən effektiv təklifi irəli sürən komanda nümayəndəsi təcrübə üçün şirkətə göndəriləcək.
Layihənin əsas məqsədi SMM sahəsində peşəkar təlim proqramı tərtib etmək və əmək bazarına professional SMM mütəxəssislərini çıxartmaqdır.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB