3 kəndin əhalisi sevindi

Göyçay və Samux rayonlarının daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib. SİA-nın xəbərinə görə, bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Samux rayonunda keçirilən tədbirdə bildirilib ki, 394 abonenti olan Qırmızı Samux qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 19987 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Göyçay rayonun ümumilikdə 401 abonenti olan Çərəcə və Yeniarx kəndlərinə yenidən təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə vurğulanıb ki, qazlaşdırma işləri zamanı 49305 metrlik polietilen və metal borulardan istisfadə olunmuş, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə