Binəqədi
2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiyanın gənc fəalları ilə görüş keçirilib. Görüşdə cari ilin 26 sentyabr tarixində ölkəmizdə keçiriləcək Referendumla əlaqədar məsələlər geniş müzakirə edilib.
Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan Konstitusiyasının tarixi keçmişinə nəzər salıb. O bildirib ki, ilk dəfə Konstitusiya 1995-ci il 12 noyabrda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılaraq qəbul edilib. Ondan ötən müddət ərzində ölkə Konstitusiyasına dövrün tələblərindən və əldə edilən çoxsaylı uğurlardan irəli gələrək 2 dəfə əlavə və dəyişikliklər edilib. Bu ilin 26 sentyabr tarixində Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər də dünyada baş verən qlobal problemlərin konteksində Azərbaycanın sürətli inkişafa nail olmasının və insan hüquq və azadlıqlarının, dövlət idarəçiliyinin daha da möhkəmləndirilməsinin nəticəsi kimi çıxış edir. Bu əlavə və dəyişikliklər bir neçə istiqamətdə qiymətləndirilərək vətəndaşlarımızın öz hüquqlarından daha rahat və səmərəli istifadəsinə şərait yaradacaq.
Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Mahmud Məmmədzadə gənclərə həyata keçirilən layihələrdən bəhs edib. Gənclərin problemlərinin həlli, onların ideya-təşəbbüslərinin reallaşdırılması üçün göstərilən diqqət və qayğıdan danışıb.
Görüşün sonu diskussiya şəklində davam etdirilib. Ramiz Göyüşov gəncləri maraqlandıran sualları cavablandırıb və Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər nəzərdə tutulan maddələrin geniş və müqayisəli təhlinini aparıb.
Oğuz

02 sentyabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının inzibati binasında "26 sentyabr 2016-cı il tarixdə ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçirləcək Referendum" ilə əlaqədar Sentyabr ayının 3-dən Referendumqabağı təşviqat kompaniyasının başlanması ilə bağlı "Yeni Azərbaycan" Təşviqat Qrupunun YAP Oğuz rayon şöbəsinin növbəti yığıncağı keçirildi.
Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri, "Yeni Azərbaycan" təşviqat qrupunun Oğuz rayon şöbəsi üzrə qərargahın sədri Saleh Məhərrəmov Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verdi.
S.Məhərrəmov rayon təşkilatı tərəfindən referendum qabağı görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı danışdı. Tədbirdə təbliğat-təşviqat kampaniyası dövründə "Yeni Azərbaycan" təşviqat qrupu tərəfindən seçicilərlə keçiriləcək görüşlərin qrafiki və təşviqat qrupunda iştirak edəcək məsul şəxslərin siyahısını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonra rayon Təşkilatının sədri seçicilərlə görüşlərin və təşviqat kampaniyası tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışdı və həmçinin bildirdi ki, seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olan şəxslər müəyyənləşdirilib, onlar arasında konkret iş bölgüsü aparılıb. Ərazinin sosial və əhalinin xüsusiyyətləri öyrənilir, yerlərdə təşviqat kampaniyasında iştirak edəcək ağsaqqallar, ziyalılar müəyyənləşdirilib.
Dairə və məntəqə seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərin siyahısı hazırlanıb və onlara treninqlər keçirilir. Bundan başqa, dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər, eyni zamanda, müşahidə aparacaq şəxslər müəyyən edilib. Rayon ərazisində təbliğat materiallarının asılması, yapışdırılması, yerləşdirilməsi və seçki məntəqələri ərazisinə çatdırılması, paylanması işinin aparılması üçün gənclərdən ibarət mobil qrup yaradılıb.
Rayon Təşkilatın sədri kampaniyanın uğurla başa çatdırılması və referendumda yüksək fəallığın təmin olunması istiqamətində görüləcək digər işlərlə bağlı yığıncaq iştirakçılarına tövsiyələrini verib.
Daha sonra tədbirdə çıxış edən YAP Oğuz rayon Təşkilatı sədr müavini Yusif Naxçıvski referendiumum keçirilməsinin mahiyyətindən, təşkilat üzvlərinin üzərinə düşən məsuliyyətdən, təbliğat kompaniyası və seçki günü görəcəyimiş işlərlə bağlı tövsiyələrini tədbir iştirakçılarına çatdırdı.
Yeni Azərbaycan" təşviqat qrupunun Oğuz rayon şöbəsi üzrə qərargahın üzvləri C.Cumayev, M.Ramazanov, S.Quliyev, İ.Camaləddiniv görülən işlərlə bağlı fikirlərini bildirib, Oğuz rayonunda da ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçiriləcəyinə inamlarını ifadə etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB