Şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranan sel Quba və Xaçmaz rayonlarında fəsadlar törədib. Sel suları Xaçmaz rayonunun Niyazabad və Qarğalıq kəndlərində təsərrüfat sahələrini basıb.
Quba rayonunda isə seldən Qonaqkənd, Cimi, Utuq kəndləri daha çox ziyan çəkib. Bu kəndlərdə sel suları bəzi evlərə dolub, işıq dirəklərini aşırıb. Bu səbəbdən yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində çətinlik yaranıb.
Sel suları Quba-Xınalıq yolunun 29-cu kilometrliyindəki körpünü də qəzalı vəziyyətə salıb, yolda avtomobillərin hərəkəti dayandırılıb.
Quba rayon fövqəladə hallar komissiyasının sədri Yusif Abidov bildirib ki, komissiyanın üzvləri hazırda seldən zərər çəkən ərazilərə baxış keçirir. Fəsadların aradan qaldırılması və dəymiş ziyanının araşdırılması istiqamətində tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB