Mən cəmiyyət arasında

YAP Səbail rayon təşkilatında "Mən cəmiyyət arasında" adlı layihənin növbəti təlimi keçirilib. İştirakçılar təlim zamanı xeyli müzakirələr aparmaqla yanaşı, ötən təlimdə verilmiş praktiki tapşırıqların icrası zamanı üzləşdikləri çətinliklər, problemlər barədə öz fikir və təəssüratlarını bölüşüblər. İki saatdan artıq davam edən təlimdə verilmiş praktiki tapşırıqların yoxlanılması zamanı ən çox rast gəlinən problemlərin ictimai nəqliyyatda, həmçinin bəzi piyadaların, eləcə də sürücülərin qeyri-etik davranışı, ictimai yerlərdə daha çox gənclər tərəfindən yol verilmiş qanun pozuntularından ibarət olduğu bildirilib.

Qeyd olunmalıdır ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilən "Mən cəmiyyət arasında" adlı layihənin sözügedən təlimi YAP Səbail rayon təşkilatında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə