Sabah (sentyabrın 2-si) saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzinin akt zalında "Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər" mövzusunda toplantı keçiriləcək. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, layihə GİN və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün birgə təsdiq edilmiş tədbirlər planının, həmçinin Nazirliyin 2016-cı ilin II yarımilliyi üçün iş planının müvafiq bəndinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.
Tədbirdə dövlət qurumları və gənclər təşkilatlarının rəsmiləri, millət vəkilləri, tələbələr və fəal gənclərin iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB