“Azərbaycanda demoqrafik vəziyyət müsbətə doğru xeyli dəyişib”

“Azərbaycanda demoqrafik vəziyyət müsbətə doğru xeyli dəyişib”

"Bütün cəmiyyətlərdə müsbət demoqrafik inkişaf nə qədər surətli olsa da, müəyyən problemlər ə mövcuddur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da demoqrafik vəziyyət son 13 il ərzində müsbətə doğru xeyli dəyişib. Əhalinin sayı 2003-cü ilin əvvəlindən bu yana 18 faiz artıb.

Nazir bildirib ki, əhalinin hər min nəfərinə nisbətdə doğulanların sayı da surətlə artıb. Əgər 2003-cü ildə hər min nəfərə doğulanların sayı 14 nəfər idisə, ötən il bu 17,4 nəfər olub. Nazir müsbət göstəricilərlə yanaşı demoqrafiya sahəsinə bəzi problemləri də qeyd edib. Bildirib ki, həmin problemlərin həlli üçün dövlət proqramı hazırlanır: "Əsas problemlərdən biri doğulanların cins tərkibində nisbətin mənfiyə doğru pozulmasıdır. 90-cı illərdən başlayaraq doğulanların içərisində oğlan uşaqlarının sayı surətlə artmağa başladı. Hətta 1998-ci ildə bu rəqəm hər yüz qız uşağına 118 oğlan uşağının doğulmasına gətirib çıxardı.Ondan sonra müəyyən qədər azalmalar baş verib və ötən altı ayda bu, 114-ə düşüb. Amma yenə də yüksək göstəricidir. Çünki dünyada qəbul edilən normativ hər yüz qız uşağına 105-107 oğlan uşağının doğulmasıdır. Qonşu ölkələrin bəzilərində İran, Türkiyədə bu normativ qorunur. Amma Qafqaz ölkələrində rəqəmlər böyükdür. Bu, onu göstərir ki, regionun müəyyən mental xüsusiyyətləri var, bunlar nəzərə alınmaldır. Eləcə də ailələrdə selektiv abortalrın aparılmasına qarşı müəyyən işlər görülməli, maarifləndirmə, geniş təbliğat işlərinin aparılması baş verməldiir. Bu istiqamətdə nazirlik BMT-nin Əhali Fondu ilə sıx işləməyə başlayıb. Ölkənin 10 rayonunda "Qız uşaqları hər bir ailənin xoşbəxt gələcəyinə təminat verir" kimi billboardlar yerləşdirməyi nəzərdə tuturuq. Bu, prosesin başlanğıcı olacaq".

Nazir demoqrafiya sahəsində digər problemlər kimi əhalinin sayının əmək resurslarınan daha üstün artımını göstərib. Onun sözlərinə görə, 2003-cü ildə əmək resursları ölkə əhalisinin 59 faizini təşkil edirdisə, bu gün 66 faizə yaxınlaşır: "Bu, böyük rəqəmdir, işlə təminatda problem yaradır. Bir sözlə, kifayət qədər problemıər var, onlarım müzakirəsi, müxtəlif fikirlərin öyrənilməsi və bunun əsasında Dövlət Proqramına müəyyən düzəlişlərin edilməsi gündəmdədir".

Onun sözlərinə görə, Demoqrafik İnkişafla bağlı Dövlət Proqramı layihəsi müvafiq qurumlarla məsləhətləşmələr aparıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib. Müəyyən dəqiqləşdirilmələr aparıldıqdan sonra həmin proqram dövlət başçısına təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə