Milli Telelviya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin məhkəmə prosesi ilə bağlı məsələyə münasibət bildirib. SIA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən MTRŞ sədri N.Məhərrəmli deyib ki, məhkəmə hansı qərarı çıxaracaqsa, MTRŞ də ona uyğun hərəkət edəcək: "ANS TV-nin tezliyi ilə bağlı məsələyə də məhkəmədə son qərar veriləndən sonra baxıla bilər". N.Məhərrəmli ANS TV-nin tezliyinin "Günəş" TV-yə veriləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib: "Belə bir məsələ gündəmdə deyil. Hazırda "Günəş" TV öz tezliyində fəaliyyətini göstərir, digər tərəfdən isə "Günəş" TV regional televiziya kanalıdır. ANS TV-nin tezliyinin "Günəş" TV-yə aidiyyatı yoxdur. Ancaq məsələ odur ki, məhkəmə qərar verərsə, bundan sonra tezlik məsələsinə baxıla bilər". Yeni televiziya kanalının açılması məsələsinə gəldikdə MTRŞ sədri yeni televiziya kanalının açılmasının gündəmdə olmadığını da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB