Bu gün 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zığ", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Borsunlu", "Dəliməmmədli" və "Zazalı", Ağdam magistral qaz kəmərləri sahəsinin "Bərdə", həmçinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Taxtalar" və "Siyəzən Broyler" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, təmir müddətində Samux rayonunun Əliuşağı, Zazalı və Qiyaslı kəndlərinin, eyni zamanda Goranboy rayonunun Dəliməmmədli və Borsunlu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Xətai və Suraxanı, Şabran, Siyəzən, Bərdə və Göygöl rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB