Ana qızının boğazını kəsdi XAÇLA

Ana qızının boğazını kəsdi XAÇLA

ABŞ polisi Oklahoma ştatının qadın sakinini həbs edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şübhəli şəxs qismində tutulan qadın ritual şəklindəki vəhşi üsulla doğma qızının boğazını kəsib. Belə ki, o qızının bədəninə şeytanın yerləşdiyini sanaraq, onun boğazına xaç soxub və bu vasitə ilə şeytanı qovmağa çalışıb.

Qatil ana – 49 yaşlı Xuanite Qomesin həbsi isə avqustun 27-də Oklahoma Sitidəki evində 33 yaşlı qızı Jeneva Qomesin meytdinin tapılmasından sonra baş tutub. Meyit aşkarlanarkən, onun üzərində çoxsaylı xaçlar olmaqla yanaşı, boğazına ritual üçün işlədilən digər xaçın saplandığı müəyyən edilib.

Xuanite polislə söhbətində bildirib ki, ötən həftə qızının bədəninə şeytan girib. Lyusiferi çıxarmaqdan ötrü qadın əvvəlcə qızını möhkəm şəkildə döyüb, axırda isə ritual xaçını onun boğazına daxil edib. Fanatik inanclı olan Xuanite qurbanının bədəninə müxtəlif xaçları və s. ritual alətlərini daxil etməkdə davam edib. O, yalnız qızının ağızından qan gələn vaxtı dayanıb.

Polis qatil ananı həbs edərkən onun əl-qolunda gematoma izləri və göyərmiş izlər olub. Xuanite bildirib ki, buna səbəb qızının bədənindən şeytanı şıxar5dığı zaman qurbanının müqavimət göstərməsi olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə