Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya yarışlarının böyük sevinclərini xalqımız da yaşayır. Çünki bu Olimpiya oyunlarından 18 medal gətirmək idman tariximizin ən qızıl səhifəsi deməkdir. Bir daha təsdiq olunur ki, Azərbaycan dünyada ən aparıcı idman ölkələrindən biridir. Bu uğurların qazanılmasında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin də əməyi çox böyükdür. Çünki bu ictimai birliyin 3 idmançısı Olimpiadadan medal gətirib. İki gümüş və bir bürünc.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi 1993-cü ildə yaradılıb. Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyası tərəfindən maliyələşir. Bu təşkilatın nəzdində beş idman cəmiyyəti var. Spartak İdman Cəmiyyəti, "Qarabağ" İdman Cəmiyyəti, "Zenit" İdman Cəmiyyəti, "Məhsul" İdman Cəmiyyəti və "Gənclik" İdman Cəmiyyəti. Bu təşkilatda dörd klub fəaliyyət göstərir. "Atilla" İdman Klubu, "Pəhləvan" İdman Klubu, "Alpinist" İdman Klubu və Şahmat və Dama İdman Klubu. Hər birinin də Azərbaycan idman təşkilatları arasında özlərinin xüsusu yerləri var. Onlar Azərbaycanın idman tarixinə öz adlarını ən yüksək pillələrə yazıblar. Bu münasibətlə də Azərbaycanın ən aparıcı idman təşkilatlarından biri olan AHİİT İctimai Birliyinin sədri, idman aləmində tanınan və bu təşkilatın böyük uğurlar qazanmasında əvəzsiz işlər görən Nadir Lətif oğlu Əliyevlə həmsöhbət olduq.

O, 1949-cu ildə Bakıda anadan olub. İdman sahəsində ali təhsil alıb. Uzun illər peşəkar futbolla məşğul olub. Peşəkar futbolçu kimi də böyük uğurlar əldə edib. Prezidentin sərəncamı ilə Əməkdar Bədən Tərbiyə və İdman Xadimi adına layiq görülüb. Hal-hazırda isə Nadir Əliyev Gənclər və İdman Nazirliyinin kollegiyasının və Milli Olimpiya Komitəsinin üzvüdür. İdmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi " medalına layiq görülüb.
- Nadir müəllim, bilirik ki, bu gün sizin sevinciniz daha böyükdür.
- Bəli. Çünki bizim "Atilla" klubumuzun iki idmançısı - cüdoçular Elmar Qasımov və Rüstəm Orucov gümüş, "Zenit" İdman Cəmiyyəti İctimai Birliyinin sərbəst güləşçisi Cəbrayıl Həsənov isə bürünc medala layiq görülüblər.

- Keçən Olimpiadada da sizin idmançılar iştirak etmişdilərmi?
- Keçən Pekin və London Yay Olimpiadalarına gedənlərin təxminən 30 faizi bizim idmançılar olub. Amma orada bizim idmançılar 4, 5, 6-cı yerləri tutmuşdular. Lakin onlar daha böyük fəxri yerlərə layiq idilər. Əlbəttə, bu idmandır. Yarışdır. Əvvəldən heç kim dəqiq deyə bilməz ki, nə olacaq. Biz də çox istəyirdik ki, idmançılarımız fəxri yerləri tuta bilsinlər. Ona görə də onların üzərində çox ciddi iş gedirdi və məşqçilər də əllərindən gələni edirdilər ki, onların yetirmələri həqiqətən layiq olduqları yerləri tuta bilsinlər. Amma keçən olimpiadalarda bu, alınmadı. Bu dəfə isə idmançılarımız iki gümüş və bir bürüc medal əldə etdilər. Əlbəttə, biz fikirləşirik ki, bu çox azdır. Çünki, qəti əmin idik ki, onların hər üçü qızıl medal alacaqlar. Axı, onların buna potensial gücü və təcrübələri vardı. Başqa idmançılarımızın da fəxri kürsülərə qalxacağına inanırdıq. Yenə də deyirəm ki, bu idmandır və əvvəldən heç nəyi bilmək olmur.

- Bəs, gələn Olimpiadada necə çıxış etməyi planlaşdırırsınız?
- Əlbəttə, hər bir kolektiv istəyir ki, onun idmançıları fəxri yerləri tuta bilsinlər. İndi medal qazanan idmançılarımızın gələn Olimpidaya qədər yaşlarının üstünə 4 yaş da gələcək. Ona görə də biz yeni idmançılar da yetişdirməliyik ki, onların davamçıları olsun. Bununla bağlı artıq biz işlərə çox ciddi başlamışıq. Çünki maneələri keçib, artıq medallar qazanmışıq. Deməli, idmançılarımızda və məşqçilərimizdə inam daha çoxdur. İqmançılarımız və onların məşqçiləri böyük həvəslə məşqlər edirlər. Yüksək perspektivli idmançılarımız çoxdur. Onlar tez-tez Avropa və dünya yarışlarından medallar gətirirlər. Azərbaycanda keçirilən yarışlarda isə bizim idmançılar böyük qələbələr əldə edirlər. Deyə bilərəm ki, idman sahəsində yetərincə yüksək səviyyəli mütəxəssislərimiz var. Biz onlarla fəxr edirik.
- Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyası sizə köməklik edirmi?
- Əlbəttə. Özü də çox yüksək formada. Ölkə rəhbəri İlham Əliyevin idmanımızın ən böyük himayədarı olduğunu hamı bilir. Millət vəkili Səttar Mehbalıyev də idman sahəsinə diqqətlə yanaşır, idmançılarımız Olimpiadada yer tuta bilməsi üçün bütün imkanlarını səfərbər edir. Eləcə də Avropa və dünya yarışlarından gətirdiyimiz medallara Səttar müəllim bizdən çox sevinir. Hər bir perspektivli idmançıya, onun məşqçisinə böyük diqqət yetirir. Səttar müəllimin sayəsində hər il bizim maaşımız 10 faiz artır. Eləcə də binaların, idman qurğularının təmirinə, idmançıların geyiminə, həyat şəraitlərinin yaxşılaşdırılmasına, hər bir idman təşkilatının ayrıca yarışlar keçirməsinə Azərbaycan Həmkarlar Təşkilatı Konfederasiyası başda millət vəkili cənab Səttar Mehbalıyev olmaqla böyük maliyyə yardımları edirlər. Biz hamımız onlardan çox razıyıq.
- Bir daha təsdiq olundu ki, Azərdaycan dünyanın ən aparıcı idman ölkələrindən biridir. Siz bir mütəxəssis kimi bu haqda nə deyə bilərsiniz?
- Ən sevindirici hal odur ki, bizim dövlət başçımız İlham Əliyev cənabları həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Deməli, mötərəm Prezidentimiz burada gedən işləri özü bilavasitə yaxşı bilir. Peşəkar mütəxəssisləri yaxşı tanıyır. Məhz buna görə möhtərəm Prezidentimiz ölkəmizdə idmanın inkişafına böyük diqqət yetirir. Azərbaycanın 40-dan çox rayonlarında Olimpiya İdman Kompleksləri tikilib və yüksək səviyyədə fəaliyyət göstərirlər. Gənclərimizin idmanla ciddi məşğul olnası həm də onları pis vərdişlərdən, bekarçılıqdan uzaqlaşdırır. Gənclərimiz sağlam və gümrah böyüyürlər. Bu elə özü çox böyük və təqdirəlayiq işdir. İdmançılarımıza möhtərəm prezidentimizin sayəsində böyük qayğı olduğuna görə də onlar, bu göstərilən qayğılara cavab olaraq, dünya səviyyəsində böyük uğurlar əldə edirlər. Təsəvvür edin ki, Azərbaycan Rio-de-Janeyroda XXXI Yay Olimpiya oyunlarında iştirak edən 206 ölkələrin arasında medal sayın görə 14-15-ci yerləri, ümumi hesabda 39-cu yeri və ümumi təmsil olunan idmançıların sayına və alınan medallara görə birinci yeri tutdu. Məgər bundan da böyük qələbə olarmı? Onu da vurğulayım ki, Olimpiyadada bizim idmançılara qarşı haqsızlıqlar da oldu. Ən azından bizim idmançılar Elmar Qasımov, Rüstəm Orucov və Cəbrayıl Həsənov qızıl medal ala bilərdilər. Amma hakimlərin haqsızlığı buna imkan vermədi. Mən də bir idman mütəxəssisi, böyük təşkilatın rəhbəri və uzun illər idman sahəsində çalışan bir idman xadimi kimi, ölkə başçımız İlham Əliyev başda olmaqla, xalqımızı təbrik edirəm. Gün o gün olsun ki, ən geci gələn Olimpiadaya kimi Qarabağ torpaqlarımızı erməni gavurlarından azad edib, gələn Olimpiadadakı qələbəmizi Şuşada, Cıdır düzündə qeyd edək.
Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB