Bu gün günortadan sonra Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şok faktların üstü açılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Hacıqabul şəhər İsmət Qayıbov-3 ünvanında yaşayan, 1957-ci il təvəllüdlü Ələkbərov Salavat Xanlar oğlunun həyətindəki istixanada xüsusi üsullarla yetişdirilmiş 114 ədəd çətənə kolu aşkar edilib. Çətənə kollarının hər biri insan boyundan yüksək olub.
Polis əməkdaşlarının saxlanılan şəxsin evində apardığı axtarış nəticəsində qurudulmuş və istifadəyə yararlı külli miqdarda narkotik vasitə və sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB