İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindənAxar.az-a verilən məlumata görə, "Çarçıfilm" yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və "Səhər" proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar.
Yayım Şurasının iclasında İnformasiya departamentinin direktoru vəzifəsinə Telman Nəzərli, "Carçıfilm" yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və "Səhər" proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB