Sabah Bakının Yasamal rayonun bəzi küçələrində suyun verilişi dayandırılacaq. "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindənSİA-ya verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C. Hacıbəyli, Ü. Bünyadzadə, Dəmirçizadə, F. Əsədov, C. Zeynalov, Q. Pirimov, Mərdanov qardaşları, S. Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB