Musa Quliyev: “Sosial layihələrin reallaşmasına təhlükə yoxdur” MÖVQE

Musa Quliyev: “Sosial layihələrin reallaşmasına təhlükə yoxdur” MÖVQE

"Azərbaycanda sosial layihələrin nə bu gün, nə də gələcəkdə reallaşmasına hər hansı təhlükə yoxdur". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, dövlət başçısının daxili siyasətində sosial siyasət ən başlıca prioritet istiqamətdir: "Büdcənin vəziyyətindən asılı olmayaraq, nə səhiyyə, nə təhsil, nə sosial təminat, nə də mədəniyyət sahəsində görülən işlərin faizləri aşağı düşməyəcək. Mən bunu əminliklə söyləyirəm və bilirəm ki, cənab Prezidentin də siyasi xətti bunu tələb edir. Amma büdcənin bütövlükdə az olması, ÜDM-nin aşağı düşməsi bir sıra layihələrimizin gecikməsinə, xüsusilə infrrastruktur, böyük tikinti layihələrinin ləngiməsinə səbəb olub, bu da reallıqır. Və bu təkcə Azərbaycan reallığı deyil, dünya iqtisadiyyatının, dünya maliyyə böhranının doğurduğu bir reallığdır. Amma bu gün Azərbaycan vətəndaşı öz iş yerində qalıb işləyirsə, maaşını, pensiyasını, təqaüdünü alırsa, Azərbaycanda heç bir ərzaq qıtlığı yoxdursa, vətəndaş iki il bundan əvvəlki qaydada öz həyatına davam edirsə, bu, bizim çox böyük uğurumuzdur və qiymətləndirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə