Daha bir kənddə qaz sevinci

Ağdaş rayonunun daha bir kəndinə ilk dəfə təbii qaz verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, avqustun 26-da Ağdaşın Hapıtlı kəndinə ilk dəfə təbii qaz verilib. 112 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 kilometrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə